Londonda hadisə zamanı bıçaq yarası alan da var

19 İyun, 2017 09:47 | Hadisə | Baxış sayı: 6
Londonda təcili yardım yaralıları daşıyır
Londonda təcili yardım yaralıları daşıyır

Sürücünün əlində soyuq silah olduğu deyilir

Böyük Britaniyanın "İvninq standart" nəşrinə görə, Londonda məsciddən çıxanların üzərinə maşın sürən adamın əlində bıçaq olub və o həmin bıçaqla bir nəfəri yaralayıb.

Yaralıların ümümi sayı azı 10 nəfər təşkil edib və bir sıra KİV-lər onlardan ikisinin öldüyü barədə məlumat yayıb. Polis isə ölü sayının bir olduğunu təsdiqləyib.