London yanğınında ölənlərin sayı 58-ə çatdı

19 İyun, 2017 10:28 | Hadisə | Baxış sayı: 19
Londonda yanğın
Londonda yanğın

Ölü sayının artacağı istisna edilmir

Böyük Britaniyanın paytaxtı Londonda baş verən yanğında ölənlərin sayı 58 nəfərə çatıb. 

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, ölü sayının artacağı istisna edilmir. İtkin düşənlərin bəziləri haqda heç bir məlumat yoxdur.

Ölənlərdən əksəriyyətinin şəxsiyyəti müəyyənləşdirilməyib.

Faciə yerində yaradılmış xatirə lövhəsinə baş çəkən baş nazir Tereza Mey kütlənin basqısı ilə üzləşdikdən sonra oranı tərk edib.

Qeyd edək ki, Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasında yanğın iyunun 14-nə keçən gecə başlayıb. Yanğın nəticəsində 79 nəfər xəsarət alıb. Xəsarət alanların 17-si kritik vəzittətdədir.