Havaya qalxan təyyarəni ildırım vurdu

19 İyun, 2017 12:42 | Hadisə | Baxış sayı: 61
Ildırım vuran təyyarə (ARXİV)
Ildırım vuran təyyarə (ARXİV)

Pİlot sərnişinləri ölümdən xilas edə bilib

Türkiyədə sərnişin təyyarəsini ildırım vurub. İstiPress-in məlumatına görə, bədbəxt hadisə "Atlasglobal"a məxsus İstanbul-Tiflis reysində qeydə alınıb. 

Avialaynerin sərnişinlərinin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 15-20 dəqiqə sonra çox parlaq işıq müşahidə edilib və ildırım hava gəmisini vurub. "Bundan sonra idarəetmədə problemlər yaranıb. Pilot geriyə - hava limanına qayıtmaq barədə qərar verdi". 

Məlumata görə, hadisə nəticəsində yaralanan və ya xəsarət alan olmasa da, təyyarəyə ziyan dəyib. 

İstanbul-Tiflis reysi bir neçə saat sonra başqa təyyarə ilə həyata keçirilib.