Göyçayda törədilən qətllə bağlı RƏSMİ AÇIQLAMA

19 İyun, 2017 11:57 | Hadisə | Baxış sayı: 99
Daxili İşlər Nazirliyinin binası
Daxili İşlər Nazirliyinin binası

DİN Göyçayda törədilən qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda törədilən qətllə bağlı məlumat yayıb.

İstiPress nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə müraciət olunub.

Göyçay rayon prokurorluğunun və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

Meyit eksqumasiya edilib. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S. Xanmaməmədov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.