Fransada atom elektrik stansiyasında yanğın olub

19 İyun, 2017 20:50 | Hadisə | Baxış sayı: 45

Yanğın nüvə reaktorunun damında qeydə alınıb

Fransanın şərqində "Büje" atom elektrik stansiyasında yanğın baş verib.

İstiPress  “Reuters”ə istinadən xəbər verir ki, yanğın nüvə reaktorunun damında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. İlkin məlumata əsasən, zərərçəkən yoxdur. Radiasiya səviyyəsinin artması qeydə alınmayıb.

Qeyd edək ki, "Büje" atom elektrik stansiyası Lion şəhərindən 35 km aralıda yerləşir.