Azərbaycanda dəhşət - 80 yaşlı kişi 27 yaş kiçik arvadını baltaladı

19 İyun, 2017 07:40 | Hadisə | Baxış sayı: 146
Balta
Balta

Qətlə səbəb ailə münaqişəsi olub

Azərbaycanda yaşlı kişi arvadını baltaladı. İstiPress-in cənub bürosunun məlumatına görə, qətl hadisəsi Lənkəranda baş verib. 

İlkin məlumata görə, Lerik rayon, Mastail kənd sakini, 1937-ci il təvəllüdlü Xanoğlan Əzimov 1964-cü il təvəllüdlü arvadı Almagül İsmayılovanı qətlə yetirib. Dəhşətli hadisə ailə münaqişəsi zəminində olub.

Artıq 80 yaşlı kişi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.