Yaşlı kişi özünü güllələdi

19 May, 2019 10:29 | Hadisə | Baxış sayı: 56
Tüfəng
Tüfəng

Mərhum yazıb qoyduğu məktubda səbəbi açıqlayıb

Bu gün səhər saatlarında Saatlı rayonunun Mustafabəyli kəndində intihar hadisəsi baş verib.

İstiPress-in "Virtualaz.org"un Şirvan bürosuna istinadən məlumatına görə, kənd sakini, 1941-ci ildə anadan olmuş Azər Yusif oğlu Ziyadov özünü ov tüfəngi ilə vuraraq intihar edib.

Mərhum yazıb qoyduğu məktubda özünü xəstəliyinə görə güllələdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.