Turistlərin olduğu təyyarə dənizə düşdü

19 May, 2019 11:50 | Hadisə | Baxış sayı: 73

Qəza təyyarə havaya qalxdıqdan bir qədər sonra baş verib

Hondurasın Roatan adası sahillərində təyyarə qəzaya uğrayıb.

İstiPress-in məlumatına görə, təyyarə havaya qalxdıqdan bir qədər sonra dənizə düşüb.

Qəza nəticəsində pilot da daxil olmaqla, 6 nəfər həlak olub. Onlardan 5-i turistdir.

Ölkənin silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada ölənlərin 4-ü ABŞ vətəndaşıdır. Bəzi mənbələr isə qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirir.

Qəzada həlak olan 5-ci turistin vətəndaşlığı barədə məlumat yoxdur.