Qadın özü-özünü bıçaqladı

19 May, 2019 18:55 | Hadisə | Baxış sayı: 95
Bıçaqlı qız - ARXİV
Bıçaqlı qız - ARXİV

Bıçaq qarnına batmış vəziyyətdə xəstəxanaya gətirildi

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, təxminən 30-35 yaşlı qadın rayonun Muğanlı kəndində qarın nahiyəsindən bıçaqlanmış halda xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan qadının vəziyyəti orta-ağırdır.

Yaxınlarının bildirdiyinə görə, qadın özü-özünü bıçaqlayıb və elə bıçaq qarnına xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırma aparılır.