Xaricdə saxta dollar satan azərbaycanlılar tutuldu

19 May, 2018 14:15 | Hadisə | Baxış sayı: 79
ABŞ dolları
ABŞ dolları

Onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti saxta pul satmaqda şübhəli bilinən 2 azərbaycanlını saxlayıb.

İstiPress-in məlumatına görə, istintaqla müəyyən olunub ki, Dmanisi rayon sakini Tanrıverdi K. adlı şəxs Gürcüstan vətəndaşına saxta pul almağı təklif edib. O, saxta pulları Türkiyədən gətirdiyini bildirib.

Tanrıverdi K. ortağı olan Rusiya vətəndaşı Vilayət A. ilə Gürcüstan vətəndaşına saxta 4 min dollar verərək əvəzində 1400 dollar alıblar.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.