Baba nəvəsinin boşanmasına dözmədi, özünü asdı

19 May, 2018 17:43 | Hadisə | Baxış sayı: 263
intihar
intihar

Göygöl rayonu, Aşıqlı kənd sakini, 75 yaşlı Binnətov İsmayıl Abbas oğlu intihar edib.

İstiPress-in məlumatına görə, kənd sakinləri  İ.Binnətovun intihar etməzdən bir müddət əvvəl canına qıyacağını dediyini bildiriblər. 

Binnətovun həyat yoldaşı rəhmətə gedibmiş, oğlunun biri Rusiyada yaşayır. Hadisə baş verən günü gəlini də evdə olmayıb. Daha öncə də özünü asmaq istəyib, amma qonşular qoymayıblar. 

Kənd sakinlərinin sözlərinə görə, İsmayıl kişi hərbidə qulluq edən nəvəsinin ailəsində yaranan problemlə bağlı özünü asıb. İsmayıl kişi həyat yoldaşından ayrılan nəvəsini barışdırmağa cəhd göstərsə də, buna nail ola bilməyib. 

İsmayıl kişi dünən axşam saat 5 radələrində saatlarında yaşadığı evin həyətində özünü asıb.

Göygöl Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.