Azərbaycanda eyni gündə iki kişi qadın tərəfindən bıçaqlanıb

19 May, 2018 13:15 | Hadisə | Baxış sayı: 79
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Ölkəni qərb və şərq uclarından gələn dramatik xəbərlər

Azərbaycanda eyni gündə iki kişi qadın tərəfindən bıçaqlanıb.  

İstiPress-in məlumatına görə, Qazax rayonunda Çaylı kənd sakini, 1990-cı il təvəllüdlü Sanıyev Səməd Maksim oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Qazax Rayon Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdirilib. O, əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.  İlkin məlumata görə, hadisə münaqişə zəmnində bir qadın tərəfindən törədilib. Faktla bağlı araşdırma aparılır. 

Analoji hadisə bu gün Bakıda da qeydə alınıb. Belə ki, Mərdəkan qəsəbəsində 1966-cı il təvəllüdlü Qurbanov Emil Aydın oğlu 20 yaşlı sevgilisi kimi təqdim etdiyi xanımla mübahisə zamanı kürəyindən bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.