Bakıda FHN yataqdan yıxılan kişini xilas etdi

19 Aprel, 2019 10:12 | Hadisə | Baxış sayı: 32
Xilasedicilər
Xilasedicilər

Çarpayıdan yıxılan kişi ağırçəkili olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda çarpayıdan yıxılan ağırçəkili kişiyə müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış ünvanına gedib. Onlar vətəndaşa müvafiq köməklik göstərib.

Əməliyyat başa çatıb.