Minik avtomobili yük maşını ilə toqquşdu - 3 ölü

18 Dekabr, 2019 19:53 | Hadisə | Baxış sayı: 117
Avtomobil qəzası
Avtomobil qəzası

Meyitlər tibbi ekspertizaya aparılıb

Yevlax rayonunda ağır yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə Qaraməmmədli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Mitsubishi" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb. Meyitlər tibbi ekspertizaya aparılıb. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.