Azərbaycanda sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar

18 Dekabr, 2017 16:32 | Hadisə | Baxış sayı: 188
Ağzı bağlanmış adam
Ağzı bağlanmış adam

Gəncə sakininin pulları və maşını əlindən alınıb

Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulublar.

İstiPress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2 nəfər naməlum şəxs Gəncə sakini Mahir Məmmədovun sürdüyü “Mercedes”ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər.

Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu, gözlərini və ayaqlarını bağlayıblar. Sürücünün pullarını da əlindən alan naməlum şəxslər M.Məmmədovu İsmayıllı rayonunun Bizlan kəndində meşəliyə ataraq qaçıblar. Bir müddət sonra M.Məmmədovun “Mercedes”i Ağsunun Nüydü kəndində aşkarlanıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Ülvi Xəlilov və Ümid Əliyev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə 10 gün əvvəl baş verib.