Azərbaycanda evini tərk etmiş kişi meyiti tapıldı

18 Dekabr, 2017 15:07 | Hadisə | Baxış sayı: 252
Meyit
Meyit

Meyitin yanında şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb

Qusarda Mucuq kəndinin yaxınlığında - kənddən 5-6 km aralıda naməlum, çürüməyə məruz qalan kişi meyiti tapılıb.

IstiPress-in şimal bürosunun məlumatına görə, meyiti dekabrın 17-də gündüz  saat 1-də Mucuq kəndinin şimalında - meşənin dərinliyində odun yığan sakinlər görüb və hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Dərhal hadisə yerinə rayon polis şöbəsi və prokurorluğunun əməkdaşları və tibbi ekspertlər gəlib və təxminən 3 saatdan sonra - saat 16 -da hadisə yerinə çatan kimi hadisə yerini və 4 aydır öldüyü ehtimal edilən çürümüş kişi meyitini müayinə ediblər . 50-60 yaşında olduğu ehtimsl edilən, arıq, üzü tanınmaz hala düşən kişinin yanında kisə olub , o, kisəni başının altına qoyaraq uzanıb və elə də ölüb. Meyitin yanında səfər üçün lazım olan əşyalar - fənər,  eynək, çanta, dərman, bıçaq və digər əşyalar olub.

Meyitin 3 sm saqqalı  və 7 sm saçı var. Kifayət qədər çürüməyə məruz qalan meyitin yanında şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.

Qusar polisi naməlum, bir növ özünə tərki-dünyalığı seçərək evdən didərgin düşmüş bu naməlum şəxsin kimliyinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.

DİN-ə və Baş Prokurorluğa bu barədə dərhal məlumat verilib. Rayon prokurorluğu məhkəmə tibb ekspertizası təyin edib. Ölkənin bütün polis şöbələrinə onlarda bu xüsusiyyətlərə uyğun olan hər hansı kişi cinsindən olan adamın itkin düşüb - düşməməsi ilə bağlı sorğu göndərilib.