Üç yaşlı uşaq qəzada öldü

18 Noyabr, 2019 18:48 | Hadisə | Baxış sayı: 195
Avtomobil qəzası
Avtomobil qəzası

Nəqliyyat vasitəsi aşıb

 Quba rayonunda baş vermiş qəzada 3 yaşlı uşaq  ölüb. 

İstiPress-in şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-İspik yolunda qeydə alınıb. VAZ-2106-nın aşması nəticəsində 3 yaşlı azyaşlı  Polad Şaban oğlu Poladov dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.