Dəniz kənarında yürüşə çıxanlar elə məxluq gördülər ki... FOTO

18 Oktyabr, 2019 13:50 | Hadisə | Baxış sayı: 323
Köpək balığı
Köpək balığı

Türkiyədə tapılan heyvan görənləri heyrətləndirib

Türkiyədə İzmir şəhərində xalq çimərliyində dənizdən çıxan canlı hər kəsi şoka salıb. İstiPress-in məlumatına görə, canlının 900 kq çəkisi olan "boz camgöz" (hexanchus griseus) növünə aid olan köpək balığı olduğu ehtimal edilir.

3 metrə uzunluğundakı su heyvanını çimərlikdə yürüşə çıxan sakinlər görüblər. Mütəxəssislər sahilə çıxan köpək balığının ölüm səbəbini araşdırırlar.

Məlumata görə, "hexanchus griseus" adətən okeanlarda və dənizlərdə yaşayan canlıdır. Adətən dənizin dib hissəsində 2 km dərinlikdə məskunlaşır. Su səhtinə nadir hallarda çıxa bilir. Boyu 5 metrəyə kimi çatır.