Gürcüstanda oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapıldı

18 Oktyabr, 2018 14:27 | Hadisə | Baxış sayı: 81

Hazırda qız psixoloqların nəzarəti altındadır

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində oktyabrın 12-də yaşadığı evdən oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapılıb.

IstiPress-in məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, beş gün davam edən axtarışlardan sonra H.M. adlı qız Marneuli rayonunun Candar kəndində aşkarlanıb. Gəncin sağlamlıq durumunda hər hansı bir problemin olmadığı qeyd olunub.

Hazırda qız psixoloqların nəzarəti altındadır.

Faktla bağlı istintaq təbdirləri davam etdirilir.