Ov tüfəngi ilə qaynanasını və qaynatasını vurdu - 2 ölü

18 Sentyabr, 2020 09:49 | Hadisə | Baxış sayı: 210
Ov tüfəngi
Ov tüfəngi

Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl hadisəsi baş verib.

IstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakini, 46 yaşlı Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasını güllələyib. Aldığı xəsarətdən qaynanası 57 yaşlı Sona Aslan qızı Yunusova yerindəcə ölüb, qaynatası Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb və bu saatlarında keçinib.

Hadisə ilə bağlı Xaçmaz rayonunun hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Qanlı cinayəti törətmiş Rəhman Osmanov artıq şübhəli şəxs qismində Xaçmaz polisi tərəfindən saxlanılıb. Xaçmaz rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb. Hadisə barədə ətraflı məlumat verəcəyik.