Xaçmazda sevgisinə görə intihara əl atan gənc öldü

18 Sentyabr, 2019 16:10 | Hadisə | Baxış sayı: 366
İntihar
İntihar

Ramin Cəbrayılov 6 gün komada qalıb

Xaçmazda əvvəl 6 gün əvvəl intihara cəhd edən 23 yaşlı gənc bu gün xəstəxanada ölüb. İstiPress-in Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhərinin Alı Mustafayev küçəsində yaşayan 23 yaşlı Ramin Vahid oğlu Cəbrayılov sentyabrın 12-də saat 09 radələrində koma vəziyyətində xəstəxanaya gətirilib. O reanimasiyaya yerləşdirilib. Gənc yaşadığı evdə özünü asmağa cəhd etmişdi.

Həkimlərin müdaxiləsinə baxmayaraq gəncin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, intihara səbəb sevgi münasibətləri olub. Lakin hadisənin detalları açıqlanmır.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda CM-nin 125-ci -özünü öldürmə maddəsilə cinayət işi açılıb.