Bakıda sürücü cəriməyə görə yol polisini belə söydü və üzr istədi VİDEO, YENİLƏNİB

18 Sentyabr, 2019 14:57 | Hadisə | Baxış sayı: 376
Yol polisi
Yol polisi

Baş Polis İdarəsi polislə sürücü arasındakı insidenti araşdırmağa başlayıb

Yol polisini təhqir edən sürücü Fəxrəddin Nəsirov sosial şəbəkələr vasitəsilə bütün polislərdən üzr istəyib. Sürücü deyib ki, polis əməkdaşı ondan sənədini təqdim etməsini istəyib. 

“Sənədimi polis əməkdaşına təqdim edəndən sonra məndən taksi faəliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu. Mən də ona “yox” cavabı verdim. Polis əməkdaşı da mənə protokol yazdı. Mən şəkər xəstəsiyəm və polisin bu hərəkətinə əsəbləşib, onu təhqir etdim. Həmin polis əməkdaşını tapıb üzr istəyəcəm. Bütün polis əməkdaşlarından üzr istəyirəm”.

Saat 11:26

Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılır. BŞBPİ-nin Mətbuat xidmətindən məlumat verilən məlumata görə, araşdırmanın nəticəsilə bağlı geniş məlumat veriləcək.

Xatırladaq ki, Bakıda yol polisi və sürücü arasında gərgin anlar yaşanıb. Cərimənin yazılması ilə barışmayan taksi sürücü ağır formada yol polisi əməkdaşını təhqir edib. İş başında olan yol polisi isə susmağa üstünlük verib.

Məlumata görə, həmin sürücü artıq saxlanılıb. Onun görüntüsü sosial şəbəkələrdə yayılıb.

Həmin anın videosunu təqdim edirik: