Bakıda "Maserati" 25 yaşlı qızı öldürdü

18 Sentyabr, 2019 09:05 | Hadisə | Baxış sayı: 64
"Maserati"
"Maserati"

Qəzanı Elvin adlı şəxs törədib

Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı "Gənclik" metrostansiyası yaxınlığında yolu keçərkən "Maserati" markalı "10-XE-011" dövlət qeydiyyat nişanlı avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı Elvin adlı şəxsin törətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. /report/