"Azərişıq" işçilərinin "UAZ"ı aşdı, ölənlər var VİDEO, YENİLƏNİB

18 Sentyabr, 2019 13:35 | Hadisə | Baxış sayı: 483
Qəzaya uğrayan UAZ
Qəzaya uğrayan UAZ

Qəza Qubanın dağlıq kəndində baş verib

Qubanın Söhüb kəndində baş verən qəzada ölənlərin şəxsiyyəti dəqiqləşib. istiPress-in Şimal bürosunun əldə etdiyi məlumata görə, bunlar "Azərişıq" ASC-nin şimal  regional idarəsinin  qəza xidmətinin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmovdurlar.

Saleh və İlkin adlı daha 2 nəfər isə ağır xəsarətlərlə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qəzaya uğrayanlar Sumqaitdan Qubanın Söhüb kəndi ərazisindəki  dağ kəndlərinə enerji verən paylayıcı stansiyaya baxış keçirmək üçün gəliblər. qəza onlar geri qayıdarkən baş verib. 

"UAZ" əyləc hissədə yaranan nasazlıq ucbatından aşırımlı yoldan yuvarlanaraq aşıb.

Saat 12:41

Bu gün səhər saatlarında Qubanın dağlıq Söhüb kəndi ərazisində ölümlə nəticələnən qəza baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, "Azərişıq" ASC-yə məxsus  "UAZ" markalı avtomobil qəzaya uğrayıb.

Maşın yoldan çıxaraq aşıb. Nəticədə cəmiyyətin Sumqayıt regional elektrik şəbəkə idarəsinin 2 işçisi ölüb, daha 2 işçi isə ağır xəsarət alıb.

Hazırda ölənlərin və yaralananların  şəxsiyyəti dəqiqləşdirilir.

İlkin məlumata görə, qəzaya səbəb maşının əyləc sistemindəki nasazlıq olub. Faktı Quba polis şöbəsindən təsdiqlənib. Qəza ilə bağlı araşdırma aparılır.