Ana əkiz körpələrini körpüdən atdı

18 Sentyabr, 2019 15:35 | Hadisə | Baxış sayı: 137
Körpə
Körpə

28 yaşlı rus qadın psixi pozğunluq dianozu ilə xəstıxanaya yerləşdirilib

Rusiyada 28 yaşalı ana əkizlərini körpüdən atıb. Hadisə ötən gün baş verib. Moksvada gecə saatlarında Zaşitnikov küçəsinə gələn gənc ana 4 yaşlı əkiz qızlarını körpüdən boşluğa atıb. Uşaqlardan sonra özü də intihar etmək istəyib. Lakin yaxınlıqdan keçənlər ona mane olublar. Uşaqlar isə ağır vəziyyətdə - kəllə beyin travması ilə xəstəxanaya çatdırılıblar. 

Psixiatriya xəstəxanasına yerləşdirilən qadına "psixoz" diaqnozu qoyulub.

Araşdırma nəticəsində bəlli olub ki, Diana adlı qadın dəhşətli əməlindən öncə bir saata yaxın paytaxt küçələrində gəzib. Həm də onun hərəkətləri o qədər qəribə qeyri-adekvt olub ki, ətrafdakılar 2 dəfə polis çağırıblar. Şahidlərin sözlərinə görə, o körpələri döyüb, təhqir edib.