Toydan gələn gənc özünü öldürdü

18 Avqust, 2019 10:56 | Hadisə | Baxış sayı: 198
İntihar
İntihar

Meyiti səhər saatlarında aşkar olunub

Neftçalada 24 yaşlı gənc intihar edib.

İstiPress-in məlumatına görə, hadisə axşam saatlarında Bala Surra kəndində baş verib. İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu toy mərasimindən evə qayıtdıqdan sonra həyətdəki yenicə tikilən hamamda özünü asaraq canına qəsd edib. Onun meyiti səhər saatlarında aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. S.Ələkbərovun intihar etməsinin səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.