Qubada dəhşətli qətl: həmkəndlisini baltalayaraq öldürdü

18 Avqust, 2017 12:05 | Hadisə | Baxış sayı: 336
Balta
Balta

Ölən ailəli olub, iki övladı var

Quba rayonunda qətl hadisəsi baş verib.

İstiPress-in şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cimi kəndində qeydə alınıb. Kənd sakini, 37 yaşlı Maarif Alxasov  həmkəndlisi, 34 yaşlı Vətən Əhmədova balta ilə xəsarət yetirib. Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.

Ölən V.Əhmədov ailəli olub, iki övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.