Avtobus aşdı, Bakıda yaşayan 3 xarici vətəndaşı öldü - SİYAHI

18 İyun, 2019 10:09 | Hadisə | Baxış sayı: 186
Təcili yardım
Təcili yardım

Badamdar qəsəbəsində yaşayırdılar

Ələt-Astara avtomobil yolunda Banqladeş vətəndaşlarından ibarət şirkət işçilərini daşıyan avtobus aşıb.

İstiPress-in məlumatına görə, nəticədə 3 Banqladeş vətəndaşı ölüb, daha 4-ü, həmçinin bir azərbaycanlı yaralanıb.

Ölən və yaralananların dəqiq hansı şəxslər olduğu bilinməsə də, adları aşağıdakı kimidir:

1983-cü il təvəllüdlü Məhəmməd Ərşad

1979-cu il təvəllüdlü Zahangir Alam

1987-ci il təvəllüdlü Ruhul Amin

1990-cı il təvəllüdlü Hüseyn Muhasib

1997-ci il təvəllüdlü Vetri Çelvin

1977-ci il təvəllüdlü Məhəmməd Muxtar

1979-cu il təvəllüdlü İslam Məcdun

1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü)

Yaralılar bədənin müxtəlif nahiyələrindən aldıqları xəsarətlərlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.

Qeyd edək ki, əcnəbi vətəndaşlar Səbail rayon Badamdar qəsəbəsində yaşayırlar.