Üç bacının tək qardaşı özünü asdı

18 İyun, 2018 17:13 | Hadisə | Baxış sayı: 191
İntihar
İntihar

Bu gün günorta saatlarında Salyan şəhərinin “Plastik” yaşayış massivində intihar hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, Ə.Quliyev küçəsindəki 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan 24 yaşlı Vüsal Nabil oğlu Abbasov özünü binanın çardağından asmaqla intihar edib.

Vüsal Abbasov ailədə 3 bacının yeganə qardaşı olub, rəngsaz işləyirmiş. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi müəyyən edilməyib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.