Bakı sakini özünü həyət evinin damından atmaq istədi

18 İyun, 2018 13:09 | Hadisə | Baxış sayı: 55
İntihara cəhd
İntihara cəhd

Bakının Xəzər rayonunda bir nəfər intihara cəhd edib.

İstiPress-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər birmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.