Qrenlandiyada zəlzələ və sunami baş verib

18 İyun, 2017 16:25 | Hadisə | Baxış sayı: 114

Polis ölənlərin olub-olmadığını nə təsdiq, nə də inkar edib

Qrenlandiyanın qərb sahillərində zəlzələ və sonradan sunami baş verib.

İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, zəlzələnin gücü 4 bal qiymətləndirilir.  Zəlzələ güclü sunaminin yaranmasına səbəb olub. Təbii fəlakətin daha çox Nuuqaatsiak şəhərinə ziyan vuracağı deyilir. Bu şəhərdə 84 nəfər yaşayır və polis hazırda onların təxliyyəsi ilə məşğuldu. 

Qrenlandiya polisi fəlakət nəticəsində ölənlərin olub-olmadığını nə təsdiq, nə də inkar edib.