Portuqaliyada təbii fəlakət can almaqda davam edir YENİLƏNİB

18 İyun, 2017 17:18 | Hadisə | Baxış sayı: 275

Ölü sayı artıq 62-yə çatıb, ölkədə 3 günlük matəm elan edilib

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. 54 nəfər xəsarət alıb. Meşə yanğınlarını nəzarət altına almaq hələ ki, mümkün olmayıb.

Portuqaliya hökuməti meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.

14:38

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 5-nin durumu ağırdır. İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb.

12:35

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

11:38

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğınlar zamanı 59 nəfər də xəsarət alıb.

Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur 40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində başlayıb. Yanğın sürətlə yayılıb, bir neçə yaşayış məntəqəsini əhatə edib.