Portuqaliyada meşə yanğınları

18 İyun, 2017 04:55 | Hadisə | Baxış sayı: 32
Meşədə yanğın (Arxiv)
Meşədə yanğın (Arxiv)

19 nəfəfr həlak olub

Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən meşə yanğınları nəticəsində azı 19 nəfər həlak olub. İstiPress xəbər verir ki, onlardan 16-sının öz maşınında yanaraq öldüyü bildirilir.

"Biz 19 nəfərin öldüyünü təsdiq edirik – hamısı mülki şəxslərdir. Onların 3-ü tüstüdən boğulub, daha 16-sı isə öz avtomobilində Fiqeyro-duş-Vinyuşdan Kastanyera-de-Peraya gedən yolda çıxılmaz vəziyyətə düşərək yanıb", - deyə daxili işlər üzrə dövlət katibi Xorxe Qomes mətbuata açıqlamasında bildirib.