İrəvandan Moskvaya gedən mikroavtobus qəzaya uğradı: ölən var

18 İyun, 2017 16:10 | Hadisə | Baxış sayı: 86

Mikroavtobus KamAZ-la toqquşub

Rusiyanın Tula vilayətinin Venevsk rayonunda İrəvandan Moskvaya gedən mikroavtobus qəzaya uğrayıb.

İstiPress “RİA Novosti”yə istinadən xəbər verir ki, 17 sərnişinin olduğu mikroavtobus əks istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşını ilə toqquşub.

Nəticədə Ermənistan vətəndaşı olan 6 sərnişin xəsarət alıb, onlardan biri ölüb.