Banqladeşdə torpaq sürüşməsi: 4 ölü

18 İyun, 2017 14:07 | Hadisə | Baxış sayı: 10

Yüzlərlə insan təxliyyə edilib

Banqladeşdə leysan yağışlar torpaq sürüşməsinə yol açıb.

İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, Kxaqraçxari və Maulvibazar dairələrində torpaq sürüşməsi nəticəsində 2-i uşaq olmaqla, 4 nəfər ölüb.

Beş gündür ki, davam edən yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.  Təhlükə ilə əlaqədar yüzlərlə insan köçürülüb.

Qeyd edək ki, Banqladeşdə keçən həftə leysan yağışlarla əlaqədar torpaq sürüşməsi 158 nəfərin ölümünə səbəb olub.