Azərbaycanda şagird idmançı yelləncəkdə boğuldu

18 May, 2020 16:57 | Hadisə | Baxış sayı: 230
Yelləncək
Yelləncək

Respublika Olimpiya İdman Litseyin təhsil alırmış

13 yaşlı güləşçi yelləncəkdə boğulub öldü.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Qubanın Alpan kəndində baş verib.

Bu barədə məlumat polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna daxil olan kimi araşdırmalara başlanılıb. Quba rayon prokuroru Elman Süleymanov, müstəntiq Bəhruz Qədirli və polis əməkdaşları hadisə yerinə yollanıblar.

Hadisə barədə polisə ilkin olaraq onun intihar etməsi barədə məlumat daxil olsa bu təsdiqini tapmayıb. Hadisə yerinə və meyitə baxış keçirən hüquq-mühafizə orqanı əməkdaşlarının və tibbi ekspertin rəyi 13 yaşlı uşağın ehtiyatsızlıqdan ölməsi qənaətinə gəlinib.

İlkin araşdırma zamanı məlum olub ki, Etibar Novruzov yaşadığı evdən təxminən 500 metr aralıda yerləşən sahədə heyvan otararkən yelləncəkdə oynayıb. Armud ağacına bağlanmış sintetik ipdən olan yelləncəkdə ipi burmaqla müxtəlif fəndlər göstərmək 13 yaşlı Etibara həyatı bahasına başa gəlib.

Bu zaman yelləncəyin ipi onun boğazına dolaşıb və uşaq ehtiyatsızlıqdan boğularaq ölüb.Mərhum məktəbli Etibar Novruzov Respublika Olimpiya İdman Litseyində güləş növündən təhsil alırmış və  yelləncəkdə göstərdiyi fəndlərin  də güləş məktəbində öyrəndiklərindən irəli gəldiyi ehtimal edilir. Bədbəxt hadisənin başvermə səbəblərini Quba rayon prokurorluğu araşdırır.