Bakıda keçmiş məhkum özünü asdı

18 May, 2019 14:51 | Hadisə | Baxış sayı: 73
İntihar
İntihar

Yaşadığı evdə intihar edib

Bakıda 49 yaşlı kişi intihar edib.

İstiPress-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş Səməd Səmədov özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.