Azərbaycanda ailə faciəsi - ər arvadının evdə başqa kişi ilə ...

18 May, 2018 08:56 | Hadisə | Baxış sayı: 860
Qətl
Qətl

Qadın 18 bıçaq zərbəsi ilə öldürülüb

Sumqayıtda kişi öz həyat yoldaşını öldürüb. Hadisə ötən gün şəhərin 9-cu mikrorayon adlı ərazisində baş verib. 

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub.

İstiPress-in report-a istinadla verdiyi məlumata görə, qətlə səbəb qısqançlıq olub. Kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.