Balıq tutmağa getmiş Bakı sakini itkin düşdü

18 Aprel, 2019 19:29 | Hadisə | Baxış sayı: 44
Balıqçı
Balıqçı

İki gündür ki, yoxdur

Bakıda balıq tutmağa gedən kişi itkin düşüb.

İstiPress-in məlumatına görə, paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 54, mənzil 35-də yaşayan,1952-ci il təvəllüdlü Ələkbərov Tofiq Əhməd oğlu aprelin 16-da yaşadığı evdən balıq tutmağa getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.