Bakıda piyadanı vurub qaçmış sürücü saxlanıldı

18 Aprel, 2019 17:18 | Hadisə | Baxış sayı: 27
piyada vurulub
piyada vurulub

Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb.

İstiPress-ə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini R.Əzizov vurulub.

Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılıb.