Avtomobillər toqquşdu - sərnişin öldü

18 Aprel, 2019 16:37 | Hadisə | Baxış sayı: 138
Təcili yardım maşını
Təcili yardım maşını

Sürücü qabırğalarının sınığı və döş qəfəsinin əzilməsi dioqnozu ilə xəstəxanaya aparılıb

Bakı-Quba yolunun 83-cü km-də - Siyəzən rayonunun Zarat kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini Fərid Quliyevin idarə etdiyi "Kia"markalı avtomobillə Abşeron rayon sakini Arif İmaməliyevin idarə etdiyi "Ford"markalı avtomobil toqquşub.

Nəticədə "Kia"dakı sərnişin, 28  yaşlı, Xızı rayon sakini Natiq İlyasov hadisə yerindəcə ölüb. Qəza nəticəsində "Kia"nın sürücüsü, 52 yaşlı Fərid Quliyev qabığaların sınığı və döş qəfəsinin əzilməsi dioqnozu ilə Siyəzən regional müalicə dioqnostika mərkəzinə gətirilib.

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırır. Qəzanın başvermə səbəbi müəyyən edilir, lazımi ekspertizalar təyin edilib.