Bakıda “Hyundai” yolu keçən kişini vurdu

18 Fevral, 2019 19:59 | Hadisə | Baxış sayı: 40
Təcili yardım maşını
Təcili yardım maşını

Saat 16:00 radələrində xəstəxanaya gətirilib

Bakıda avtomobil yaşlı kişini vurub.

İstiPress-in məlumatına görə, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb. 1964-cü il təvəllüdlü Canıyev Elşən Züfüqar oğlu "Hyundai" markalı avtomobil tərəfindən vurulub.

Ətrafdakı şəxslərin və yol polisi əməkdaşlarının köməyi ilə hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Müxtəlif xəsarətlər alan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, E.Canıyev saat 16:00 radələrində xəstəxanaya gətirilib. Onun sağ diz qapağı sındığından dərhal ayağı gipsə qoyulub. Vəziyyəti yaxşılaşan şəxs evdə müalicə almaq istədiyindən ambulator yola salınıb.