Oxumaq üçün İtaliyaya gedən azərbaycanlı itdi

18 Yanvar, 2020 11:14 | Hadisə | Baxış sayı: 60
İtaliya
İtaliya

24 yaşlı Cavid Torino şəhərində yoxa çıxıb

Bakıdan İtaliyaya təhsil almaq üçün gedən azərbaycanlı tələbə itkin düşüb. Bu barədə polisə onun atası məlumat verib.

Binəqədi rayonu, C.Xəndan küçəsi ev 1, mənzil 9-da yaşayan Xıdırov Əliguşad Məhəmmədağa oğlu Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.

O bildirib ki, oğlu, 1996-cı il təvəllüdlü Cavid Xıdırlı yanvarın 10-da İtaliyanın Torino şəhərində itkin düşüb.

Faktla bağlı araşdırmalara başlanıb.