İki ana dəhşəti - biri oğlunu bıçaqladı, digəri qızını boğdu

18 Yanvar, 2020 09:40 | Hadisə | Baxış sayı: 85
Uşaq oğurluğu
Uşaq oğurluğu

Hadisələr Rusiya və Türkiyə ərazilərində baş verib

Azərbaycanın iki yaxın qonşusunda ana dəhşəti yaşanıb. İstiPress-in məlumatına görə, Türkiyədə 37 yaşlı qadın 10 yaşlı oğlunu bıçaqlayaraq öldürüb.

Məktəbdə müdir köməkçisi kimi çalışan 37 yaşlı Tuğba Kayranın psixoloji problemləri olub. Tokatda yaşayan qadın 10 yaşlı oğlu Kayranı bıçaqladıqdan sonra özünü asıb. İşdən evə gələn ailə başçısı Mustafa uzun qapını aça bilmədiyi üçün çilingər çağırıb. Evə girəndə isə tükürpədici mənzərə ilə qarşılaşıb. 

Bənzər hadisə Rusiyada da qeydə alınıb. Novosibirskdə 28 yaşlı ana 9 yaşlı qızını boğub. Daha sonra adı açıqlanmayan qadın intihar etməyə cəhd edib. Lakin evinin həyətində ağır vəziyyətdə tapılan qadın sağ qalıb. 

Onun nə üçün belə addım atdığı isə bəlli deyil.