Donuzlar infarkt olan sahiblərini yedilər

18 Yanvar, 2020 11:33 | Hadisə | Baxış sayı: 126
Donuz
Donuz

71 yaşlı fermerin qalıqları tapılıb

Polşada fermer özünün təsərrüfatında bəslədiyi donuzlara yem olub. 71 yaşlı fermerin qalıqlarını Yeni ildən sonra onu görmədiyi üçün baş çəkməyə gələn qonşusu tapıb. 

Məlumata görə, fermer quyudan su götürərkən ürək tutmasından ölüb.  Qalıqları da məhz quyunun yanında aşkarlanıb. 

Onun təsərrüfatında iri Manqal cinsli donuzlar olub. Onlar həddindən çox yemək yeyiblər. Ehtimala görə ac qalan heyvanlar ölən sahiblərinin meyiti ilə qidalanıblar.