Bakıda uşaq evində müəllim uşağı əvvəll döydü, sonra qucaqladı VİDEO

18 Yanvar, 2020 09:03 | Hadisə | Baxış sayı: 164
2 saylı uşaq evi
2 saylı uşaq evi

Video çəkildiyini görən şəxs davranışlarını dəyişib

Bakıda daha bir uşaq evində zorakılığı əks etdirən görüntülər yayılıb.  Video paytaxtın  Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində çəkilib.

Kadrlarda tərbiyəçilərdən birinin azyaşlını başına sillə ilə vurması, onu danılaması əks edilib. Uşağı döyən şəxs kamera ilə çəkildiyini görən kimi isə bir necə saniyə öncə döydüyü uşağı qucaqlamağa başlayır. 

Azərbaycan Uşaqlar Birliyinin Sədri Kəmalə Ağazadə də məsələnin araşdırlacağını və müvafiq qurumlara məlumat veriləcəyini bildirib. "İstər tərbiyəçi, istər ana hər kimsə qanun qarşısında cavab verəcək..."