Rayon maşınının vurduğu qız hadisə yerində öldü

17 Dekabr, 2019 15:43 | Hadisə | Baxış sayı: 118
Piyada ölümü (Arxiv)
Piyada ölümü (Arxiv)

Saat 23 radələrində qeydə alınıb

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, qəza dekabrın 16-da saat 23 radələrində qeydə alınıb. 

Kürdəmir rayon sakini O.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub.Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.