Sürücünün ürəyi tutdu - qəzada öldü

17 Noyabr, 2019 14:04 | Hadisə | Baxış sayı: 190
Xaçmazda baş vermiş qəza
Xaçmazda baş vermiş qəza

"Qaz-24" "Qazel"ə çırpılıb

Bu gün saat 12 radələrundə Xaçmaz şəhəri ərazisində - Gəndab-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsində ölümə səbəb olan yol qəzası baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, "Qaz-24" markalı avtomobil "Qazel" markalı avtomaşına çırpılıb. Nəticədə "Qaz-24"ün sürücüsü yerindəcə ölüb.

Əldə edilən məlumata görə, həmin sürücü ürək tutmasından idarə etdiyi avtomaşını "Qazel"ə çırpıb. "Qaz 24" markalı avtomobilin sürücüsünün şəxsiyyəti artıq məlum olub. O, Xaçmazın Gödəkli kənd sakini, 59 yaşlı Hidayət Dübarə oğlu Mədətovdur.

Faktı Xaçmaz polis şöbəsi araşdırır.