Öldürülən qadınla bağlı tanışı həbs edildi

17 Sentyabr, 2020 16:55 | Hadisə | Baxış sayı: 74
Bıçaqla mağazaya basqın
Bıçaqla mağazaya basqın

Mingəçevir şəhər Prokurorluğu sentyabrın 8-də bıçaqlanmış və ötən gün xəstəxanada vəfat etmiş qadın haqda məlumat yayıb. 

İstiPress məlumatı təqdim edir:

“Sentyabrın 8-də Mingəçevir şəhər ərazisində Könül Mirzəliyevaya bıçaq xəsarətinin yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Anar İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Könül Mirzəliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

Sentyabrın 17-də Könül Mirzəliyevanın aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsi səbəbindən, Anar İsmayılovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməklə, o təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Mingəçevir şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, həmin qadın işlədiyi aptekdə bıçaqlanmışdı.