Prezidentin mitinqində terror, 24 ölü

17 Sentyabr, 2019 15:14 | Hadisə | Baxış sayı: 92
Əfqanıstan
Əfqanıstan

Partlayışı Taliban törədib

Əfqanıstanın Pərvan əyalətində prezident Məhəmməd Əşrəf Qaninin qatıldığı seçki mitinqində partlayış olub. Partlayıcı qurğunun işə düşməsi nəticəsində 24 nəfər həyatını itirib, 31 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin sözcüsü Nasrat Rahimi mətbuata açıqlamasında partlayıcı yerləşdirilən motosikletin partladıldığını deyib. Parvan Xəstəxanasının baş həkimi Kasım Sengin ağır yaralıların olduğunu və ölü sayının artacağını istisna etmədiklərini qeyd edib. 

Hadisəyə görə, məsuliyyəti Taliban öz üzərinə götürüb.

Məlumata görə, hadisə zamanı M.Qani də mitinqdə iştirak edib. lakin o heç bir xəsarət almayıb.